Azərbaycan gimnastları Almaniyada iki qızıl medal qazanıblar

İDMAN
11:00 27.10.2024
260
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən "GymCity Open" beynəlxalq turnirində qızıl medallar qazanıblar.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hüseyn Abbasov və Əli Niftəliyev yarışda birinci yerin sahibi olublar.

Onlar fərdi proqram üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

OXŞAR XƏBƏRLƏR