Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar

İDMAN
19:14 02.06.2024
186

Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən "Montenegro Cup”da yeddi qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) qızıl mükafata yaliq görülüb.

Gənclər arasında Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı bürünc medal (hər ikisi çoxnövçülük) əldə edib.

Yeniyetmələrdən Məryəm Baloğlanova və Nur Sadıqova hər biri üç qızıl mükafata yiyələnib. Onlar halqa, top və gürzlərlə hərəkətlərdə uğurlu çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR