Azərbaycan gimnastları Portuqaliyada daha bir qızıl medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyada daha bir qızıl medal qazanıblar
İDMAN
22:33 21.09.2024
259
Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə cütlük bu dəfə balans hərəkətlərində yüksək nəticə göstərib.

Gimnastlar daha öncə qarışıq hərəkətlərdə birinci yeri tutmuşdu.

Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.
OXŞAR XƏBƏRLƏR