Azərbaycan "Global Innovation Index" reytinqində 3 pillə irəliləyib

Azərbaycan "Global Innovation Index" reytinqində 3 pillə irəliləyib
SOSİAL
21:03 18.06.2017
846
Azərbaycan dünyanın ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyərək 127 ölkə arasıda 82-ci yerə yüksəlib.
 
AZXEBER.COm xəbər verir ki, bu barədə "Global Innovation Index"in 2017-ci il üzrə hazırladığı hesabatında bildirilir.
 
MDB ölkələri arasında Rusiya 45, Ukrayna 50, Moldova 54, Ermənistan 59, Qazaxıstan 78, Belarus 88, Tacikistan 94 və Qırğızıstan 95-ci yerləri tutub. İ
 
lk üç yerdə İsveçrə, İsveç və Hollandiya qərarlaşıb. Birləşmiş Ştatlar və Böyük Britaniya 4 və 5-ci yerlərdədir. Özbəkistan və Türkmənistanla bağlı məlumat yoxdur.
 
Tərtibatçıların sözlərinə görə, reytinq altı iri elmi-tədqiqat təşkilatının araşdırmaları əsasında tərtib edilib. Tərtibat zamanı siyasi mühitin vəziyyəti, təhsil, infrastruktur, biznes mühiti və s. əks etdirən 81 göstərici nəzərə alınıb.
 
report.az
OXŞAR XƏBƏRLƏR