Azərbaycan gömrükçüləri qanunsuz siqaretlər aşkar etdilər

Azərbaycan gömrükçüləri qanunsuz siqaretlər aşkar etdilər
Bütün Xəbərlər
15:00 08.11.2014
794
Faktlar üzrə təhqiqat aparılır.
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq hallarının qarşısını alıb.
DGK-nın Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından daxil olmuş məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Musayev Azad Dursun oğlunun idarə etdiyi “Mercedes-Benz C457” markalı, 10-JV-643 dövlət nömrə nişanlı sərnişin avtobusu Tovuz şəhər avtovağzalı ərazisində saxlanılıb.
Nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük baxışı həyata keçirilib, avtomobilin yük yerindən 9 ədəd müxtəlif ölçülü karton qutulardan üzərində Azərbaycanın aksiz markası olmayan xaricdə istehsal olunmuş, ümumilikdə 7 adda 8190 qutu siqaretlər aşkar edilərək götürülüb.
Faktlar üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR