Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazanıblar

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazanıblar
İDMAN
22:21 23.08.2025
287
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.

AZXEBER.COM xəbər verir ki, yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova "tuş”la uduzub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.
OXŞAR XƏBƏRLƏR