Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal uğrunda mübarizə aparacaq.
AZXEBER.COM-un məlumatına görə, milliləşən legioner buna təsəlliverici görüşdə qələbə qazanmaqla nail olub.
86 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz medal uğrunda qarşılaşmaya vəsiqəni Hovannes Mxitaryanla mübarizədə qazanıb. Güləşçimiz Ermənistandan olan rəqibini 8:5 hesabı ilə məğlub edib.
O, Boris Makoyevlə (Slovakiya) bürünc uğrunda qarşılaşmaya bu gün çıxacaq. Medallar uğrunda qarşılaşmalara Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, bu gün millimizin daha dörd güləşçisi mükafat uğrunda görüşə çıxacaq.