Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
AZXEBER.COM xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar müəyyənləşib.
60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.
Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.