Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub

Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub
İDMAN
22:36 10.03.2025
138
Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda fransalı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.

74 kq çəkidə yarışan Ağanəzər Novruzov isə finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.
 
 
///Report
OXŞAR XƏBƏRLƏR