Məlum olduğu kimi, Argentinanın paytaxtı Buenos-Ayresdə güləşin olimpiya proqamında saxlanılması ilə bağlı qərar verilib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Azərbaycan güləşin olimpiya proqramında saxlanılmasına öz töhfəsini verib.Belə ki, FILA-nın prezidenti Nenad Laloviç öz nitqini 2012-ci il Olimpiya oyunlarında çempion olan Şərif Şərifovun əlində Azərbaycan bayrağı öz məşqçisi Firdovsi Umudovun çiynində olduğu şəklin nümayişi ilə başa çatdırıb.Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 1-ci Avropa oyunlarının İcra Komitəsinin üzvü Fərhad Hacıyev təmsil edib.