“Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı regionda davamlı sabitlik üçün çox vacibdir”-Fərid Şahbazlı

SİYASƏT
23:03 18.01.2025
254
"Gürcüstanının Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin möhkəm dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq səviyyəsində olduğunu sübut edir. Təsadüfi deyil ki, Baş nazir Azərbaycanın Gürcüstün üçün yalnız dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkə olduğunu xüsusilə vurğuladı”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstan münasibətləri müxtəlif sınaqlardan uğurla keçərək, yalnız etibarlı tərəfdaşlığa deyil, həm də möhkəm dostluğa əsaslanır: "Bu baxımdan İrakli Kobaxidzenin parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında əlaqələrin ruhuna tam adekvatdır. Bu səfər yaxın keçmişdə baş verən proseslərə qiymət vermək və gələcək üçün iki dost ölkə arasında bütün sahələrdə əməkdaşlığın dəqiq konturlarını müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Eyni zamanda səfər çərçivəsində liderlər tərəfindən verilən mühüm mesajlar da Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması baxımından son dərəcə zəruridir”.

Fərid Şahbazlı bildirib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin çıxışında Prezident İlham Əliyevin parlaq liderliyinə və milli maraqlara xidmət edən siyasətinə diqqət çəkməsi dövlət başçımızın regionda, eləcə də dünyada artan nüfuzunun növbəti dəfə ifadəsi oldu: "Prezident İlham Əliyev də görüşdə iki ölkə xalqları arasında əsrlərə dayanan dostluq, mehriban qonşuluq, qardaşlıq münasibətlərini xüsusi vurğuladı. Prezident İlham Əliyev Gürcüstanın Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu və gürcü xalqının keçirilən son seçkidə milli dəyərləri, təhlükəsizliyi seçərək doğru qərar verdiyini bildirdi. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə tam əminlik yaradır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər