Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birlik, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan – gözəl diyar!” adlı layihəni icra edir. Layihə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Birliyinin isə təşkilati dəstəyi ilə əcnəbi tələbələrə Azərbaycan, Qarabağ həqiqətləri haqqında kitablar, bayraqlarlar və köynəklər hədiyyə olunub.29 – 30 sentyabr 2012-ci il tarixində ilk səfər Lənkəran şəhərinə təşkil olundu. Səfər çərçivəsində Lənkəranda Azərbaycanda təhsil alan əcnəbi tələbələr Heydər Əliyev mərkəzi, Həzi Aslanovun ev muzeyi, Lənkəran Tarix Diyarşünaslıq muzeyi, Dairəvi Qala abidə kompleksi, Lənkəran Dövlət Dram Teatrı ilə tanış oldular. Lənkəran Gənclər evində isə tələbələr Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə və region gəncləri ilə görüşü həyata keçirildi.06 – 07 oktyabr 2012-ci il tarixində isə növbəti səfər Gəncə şəhərinə oldu. Azərbaycanın qədim şəhəri olan Gəncədə əcnəbi tələbələr Gəncə şəhər Tarix Diyarşünaslıq muzeyində, Şah Abbas Cümə məscidində, Cavadxanın məhbərəsində oldular. Daha sonra Gəncədə məşhur olan Xan bağında gəzintidə, Çökək hamam kompleksi ilə tanış oldular. Ümummilli liderimiz Heydər Əliyevin xatirə muzeyində olan xaricilər dahi şəxsiyyətin həyat və yaradışılığı ilə yaxından tanış oldular. Bununla yanaşı “Gələcəyə körpü” ictimai birliyin və Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşlər təşkil edildi. Böyük marağa səbəb olan Şüşəli evdədə əcnəbi tələblərə ekskursiya təşkil olundu. Qədim Hüsniyyə məsciddində olan tələblər sonda dahi şair Nizami Gəncəvinin məqbərəsinidə ziyarət etdilər.27 – 28 oktyabr 2012-ci il tarixində isə növbəti səfər Şəki şəhərinə oldu. Şəkidə əcnəbi tələbələrimiz Kiş məbədində, Şəki Xan sarayında, Şəki Tarix diyarşünaslıq muzeyində regionun tarixi – mədəni abidələri ilə tanış oldular.Qeyd edək ki, layihədə Nigeriya, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Yaponiyadan olan və Azərbaycanda təhsil alan əcnəbi tələbələr iştrak edirlər. Layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələrin Azərbaycanın tarixini və mədəniyyətinı tanıtdırmaqdır. Xarici tələbələrin növbəti səfər Quba şəhərinə təşkil olunacaq.