AZXEBER.COM AzVision.az-a istinadən xəbər verir ki, C.Qurbanova xuliqanlıq maddəsi ilə ittiham olunduğunun onun ölkədən kənara çıxmasına icazə verilmir.
Belə ki, C.Qurbanovaya xuliqanlıq maddəsi ilə 4 il icbari iş verilibmiş. Hazırda isə onun 2 ili qaldığından ölkədən kənara çıxa bilmir.
C.Qurbanovanın icbari iş almasından “Miss Azerbaijan 2014” müsabiqənin təşkilatçıları xəbərsiz olub. Hazırda onun “Azərbaycanı "Bəşəriyyət gözəli 2014” (Miss Universe 2014) müsabiqəsində kimin təmsil edəcəyi sual altındadır.