Azərbaycan hava limanları yay-yaz uçuş cədvəlinə keçir

Azərbaycan hava limanları yay-yaz uçuş cədvəlinə keçir
SOSİAL
12:11 29.03.2025
302
Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir.

AZXEBER.COM aeroporta istinadən xəbər verir ki, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.

Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər.

Avropa istiqamətində Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt, Yaxın Şərq istiqamətində Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat, Türkiyənin İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman, Mərkəzi Asiyanın Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd, Cənubi Asiyanın Dehli, Mumbay, Lahor, İslamabad, Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Əbu-Dabi, Şarja və Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx kimi digər istiqamətlərə uçuşlar həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.

Yaz-yay uçuş cədvəli çərçivəsində Azərbaycanın regional hava limanlarından uçuşların sayı artırılır və yeni istiqamətlər əlavə olunur:

Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərə alaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə etmək mümkündür.

Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almaları tövsiyə olunur.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İran və husilər hələ də əsl ağrını dadmayıblar
23:45 31.03.2025
Tramp: İran və husilər hələ də əsl ağrını dadmayıblar
Ucarda ağır qəza, 4 nəfər xəsarət alıb
23:39 31.03.2025
Ucarda ağır qəza, 4 nəfər xəsarət alıb
Azərbaycan səfirliyi İspaniyada mədən faciəsi ilə bağlı başsağlığı verib
23:21 31.03.2025
Azərbaycan səfirliyi İspaniyada mədən faciəsi ilə bağlı başsağlığı verib
Türkiyədə avtomobil dərəyə aşdı, yaralılar var
23:20 31.03.2025
Türkiyədə avtomobil dərəyə aşdı, yaralılar var
19 yaşlı gənci yandıraraq öldürdüyü iddia edilən iki şübhəli həbs edildi
23:13 31.03.2025
19 yaşlı gənci yandıraraq öldürdüyü iddia edilən iki şübhəli həbs edildi
KİV: İsrail HƏMAS-dan 11 girovu azad etməyi tələb edib
22:58 31.03.2025
KİV: İsrail HƏMAS-dan 11 girovu azad etməyi tələb edib
Düşüncələri səsli sözlərə çevirə bilən cihaz hazırlandı - YENİ KƏŞF
22:50 31.03.2025
Düşüncələri səsli sözlərə çevirə bilən cihaz hazırlandı - YENİ KƏŞF
İndoneziya sahillərində zəlzələ oldu
22:35 31.03.2025
İndoneziya sahillərində zəlzələ oldu
G5+ ölkələri müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
22:27 31.03.2025
G5+ ölkələri müharibəyə son qoymaq üçün Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
Türk blogerin yayımladığı videodan sonra Ermənistanda cinayət işi açılıb
22:18 31.03.2025
Türk blogerin yayımladığı videodan sonra Ermənistanda cinayət işi açılıb
Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI
22:06 31.03.2025
Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI
Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
21:54 31.03.2025
Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
17 yaşlı oğlan anasını bıçaqlayaraq qətlə yetirdi - VİDEO
21:50 31.03.2025
17 yaşlı oğlan anasını bıçaqlayaraq qətlə yetirdi - VİDEO
NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək
21:18 31.03.2025
NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək
İcma: “Döyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir
20:56 31.03.2025
İcma: “Döyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir
Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"
20:38 31.03.2025
Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"