“Azərbaycan heç kimə borclu deyil” - İlham Əliyev

“Azərbaycan heç kimə borclu deyil” - İlham Əliyev
SOSİAL
13:49 29.09.2016
1823

Azərbaycan öz hesabına yaşayır, heç kimə borclu deyil, heç kimdən asılı deyil. 

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışında deyiib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malikdir: "Bir neçə il əvvəl dünyanın 155 ölkəsi bizə böyük etimad göstərərək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçib. Ölkəmizdə humanitar məsələlər həllini tapır. Biz bu məsələlərə çox böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin problemləri həllini tapıb, 90-dan artıq qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər, mənzillər verilib. Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Bizim böyük valyuta ehtiyatlarımız var, onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılıb. Bu gün həm işsizlik, həm də yoxsulluq ölkədə 5 faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir”.

Prezident qeyd edib ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinin təbii resurslarla bağlı olmasına baxmayaraq, neftin qiymətinin kəskin düşməsi nəticəsində Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir: "Dünən mənə məlumat verildi ki, Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 37-ci yeri tutmaq gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçib, dərin siyasi və iqtisadi böhran yaşanırdı, qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdədir. Bu, çox acı statistikadır, amma bu belədir, bu da bizim maliyyə resurslarımızı cəlb edir. Buna baxmayaraq, düzgün istisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibət, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edə bilir".

İlham Əliyev əlavə edib: "Biz fəxr edə bilərik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir, gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq və istəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Forumunun keçirilməsi bu niyyətin bir hissəsidir”. 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb