Azərbaycan həkimləri Xankəndinə getdi: Erməni əsilli vətəndaşımıza yardım etdilər - VİDEO

Azərbaycan həkimləri Xankəndinə getdi: Erməni əsilli vətəndaşımıza yardım etdilər - VİDEO
SOSİAL
00:44 05.04.2023
4283
Azərbaycan təcili yardım maşınları Xankəndinə yola düşüb. 

AZXEBER.COM "Caliber"ə istinadən xəbər verir ki, bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən vəziyyət yaşanıb. 

Saat 18:15 radələrində Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən, səhhəti pis olan üç mülki şəxsə tibbi yardım lazım olub. 

Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndinə çatdırıb. 

Çox simvolikdir ki, Xankəndinə ilk olaraq əsgərlərimiz yox, həkimlər daxil olub. İnteqrasiya öz yolundadır.

Həmin videonu təqdim edirik:
 
OXŞAR XƏBƏRLƏR