"Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində regionda liderlik mövqelərini qorumalıdır"

SOSİAL
16:30 15.01.2020
3624
Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.

Prezident İlham Əliyev qeyd edib:

"İndi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri - bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər.

Bir məsələ də yük daşımaları ilə bağlıdır. Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin.

Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin təməlqoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi "Bakutel" sərgisi çox böyük diqqət cəlb edir.

"Bakutel" artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.

Beləliklə, bu il bu sahədə görüləsi işlər çoxdur. Ancaq sevindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik. Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:00 30.09.2020

Paşinyan erməni nümayəndə heyətinin Rusiya səfərini ləğv etdi

01:14 30.09.2020

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edildi - RƏSMİ

00:20 30.09.2020

Azərbaycan Ordusundan uğurlu əməliyyat: Erməni generalı və zabitləri məhv edildi - VİDEO

23:43 29.09.2020

“Haber Global”ın AzTV ilə ortaq yayımı - CANLI

23:40 29.09.2020

XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

23:22 29.09.2020

Qətər Əmiri İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə etdi

23:20 29.09.2020

Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu - ölən var

23:18 29.09.2020

Ermənistan ordusunun mövqeləri darmadağın edildi - Müdafiə Nazirliyi

23:09 29.09.2020

İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

23:04 29.09.2020

Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

23:02 29.09.2020

Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarıldı

22:51 29.09.2020

“Telegram”ın ən böyük rus və erməni kanalları da “Qarabağ Azərbaycandır” dedi - SORĞU

22:48 29.09.2020

XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

22:33 29.09.2020

İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı Rusiya telekanalında çıxış edib - TAM MƏTN

22:11 29.09.2020

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO

21:52 29.09.2020

Paşinyan Putinə zəng etdi

X Mostbet