“Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb”

“Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb”
SİYASƏT
16:41 28.11.2021
464
"Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam”.

Bu sözləri Türkmənistanda Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib.

"Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm”, - dövlət başçısı qeyd edib.

"Bizim gündəlikdə bir neçə məsələ var. Birinci – növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü – növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz”, - Qurbanqulu Berdiməhəmmədov əlavə edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
09:49 09.10.2026
MDB Dövlət Başçıları Sammitinin yekununda bir sıra sənədlər imzalanacaq
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
09:46 09.10.2026
Sərdar Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
09:37 09.10.2026
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
09:31 09.10.2026
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəlib
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
09:21 09.10.2026
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
09:16 09.10.2026
İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
09:12 09.10.2026
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
09:06 09.10.2026
Premyer Liqa: “Neftçi” liderlik yolunda “Sabah”la qarşılaşır
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
08:59 09.10.2026
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır”
“Hücumlara hazır olun, ehtiyat toplayın”
08:48 09.10.2026
“Hücumlara hazır olun, ehtiyat toplayın”
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:42 09.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
08:35 09.10.2026
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub
08:30 09.10.2026
Yaponiyada ABŞ hərbçisinin şübhəli bilindiyi qətl etirazlara səbəb olub
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
08:22 09.10.2026
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
Venesuela dolların rəsmi valyuta kimi tətbiqindən imtina edir
08:14 09.10.2026
Venesuela dolların rəsmi valyuta kimi tətbiqindən imtina edir
Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib
08:06 09.10.2026
Sudanda üsyançı komandir 300 döyüşçü ilə ordunun tərəfinə keçib