Azərbaycan hərbçiləri rus sülhməramlılarının kolonunu saxlayaraq geri qaytarıblar

Azərbaycan hərbçiləri rus sülhməramlılarının kolonunu saxlayaraq geri qaytarıblar
SİYASƏT
18:19 20.07.2022
573
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

AZXEBER.COM minval-a istinadən verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı birinin yük hissəsində 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.
OXŞAR XƏBƏRLƏR