Azərbaycan hərbçilərinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması faktları var - Baş Prokurorluq

Azərbaycan hərbçilərinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması faktları var - Baş Prokurorluq
SİYASƏT
12:44 10.10.2022
265
Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş hərbi qulluqçularımızın nəşləri tərəfimizdən ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, cinaəyət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır: "Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir", - deyə N.Əvəzov əlavə edib.
OXŞAR XƏBƏRLƏR