Azərbaycan iddialı bir filmlə Avropaya gedir - VİDEO

MƏDƏNİYYƏT
11:12 28.01.2014
1834

2013-cü ilin oktyabrında çəkilən sənədli filmin artıq bütün tamamlanma işləri görülüb. Sənədli film kəndin bütün tarixini, fərqli memarlığını, əhalisinin yaşayış tərzini özündə əks etdirib.

Bu haqda filmin rejissoru Elvin Abdullayev danışarkən deyib.

Filmdə Xınalıq kəndinə aid ən xırda detal, hətta çobanlarının qışlaqdan yaylağa köçmə prosesi belə öz əksini tapıb.

Avropada yayımlanması nəzərdə tutulan filmin rejissoru Elvin Abdullayev bildirdi ki, Filmin adı “Far far away”, yəni “çox-çox uzaqlarda” anlamına gəlir:

“Bizim filmi çəkmək üçün heç də böyük komandaya ehtiyacımız olmadı. Dörd nəfərlik heyətlə - operator Mətləb Yaquboğlu, assistentlərim Emil Əliyev, Taleh Bağırzadə və mən komandanı təşkil etdik. Filmin ən çətin və maraqlı məqamı ondan ibarət oldu ki, digər sənədli filmlərdən fərqli olaraq “Far far away”da kiminsə nəyisə izah etməsi və ya kadrarxası səslər yoxdur. Düşünürəm ki, film xarici festivallardan əliboş qayıtmayacaq”.

Filmin prodüseri isə finlandiyalı Elsa Sysserdir. 1 saat 10 dəqiqədən ibarət olan filmin Avropada yayımı gözlənilir. Filmdə şərq musiqisindən istifadə olunub.

Qeyd edək ki, film Xınalıq çobanlarının qışlağa çatması və xınalıqlı qoca nənənin nəvəsinə lay-lay deməsi ilə yekunlaşır. (axar.az)

OXŞAR XƏBƏRLƏR