Azərbaycan İƏT-in aparıcı üzvüdür

Azərbaycan İƏT-in aparıcı üzvüdür
SİYASƏT
10:13 13.11.2023
411
Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi. Toplantıdakı çıxışında "Yaşıl keçid və qarşılıqlı əlaqələr" ilində Azərbaycanın sədrliyi çərçivəsində reallaşan tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradıldığını xüsusi vurğuladı. Bildirdi ki, turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. 
Qeyd edilənlər Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatı , həmçinin quruma üzv olan dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkşaf etdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısındakı çıxışında ötən il Özbəkistana bir dövlət, iki işgüzar səfər etdiyini xatırlatmaqla münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə aydınlıq gətirdi. Eyni zamanda, bu mühüm məqam da diqqətə çatdırıldı ki, Şavkat Mirziyoyev yenidən Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, türk dünyasının birliyinin təqdimatı oldu.
2006 və 2012-ci illərdə Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və bu il oktyabrın 10-da təşkilatın Nazirlər Şurasının 27-ci iclasının məhz Şuşa şəhərində keçirilməsi də ölkəmizin ECO-da yüksək nüfuzundan xəbər verir.
Hazırda Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ECO-ya üzv ölkələrdən biri də Özbəkistandır. Təşkilatın noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş 16-cı Zirvə toplantısında iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkələrimiz arasında münasibətlərin nə dərəcədə dərin olmasını xüsusi qeyd etmişdir. Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan güclü müstəqil dövlətlərdir. 
Ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi bütün Türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşdirilir. Artıq bütün istiqamətlərdə, o cümlədən iqtisadi fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın işində hər zaman fəal iştirak etdiyini, onun fəaliyyətinə böyük əhəmiyyət verdiyini, digər üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini dərinləşdirdiyini, ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqləndiyini bildirən hüquq müdafiəçisi dövlətimizin başçısının çıxışında, ilk növbədə, ölkəmizin nəqliyyat-logistika infrastrukturunun inkişafına diqqəti cəlb etdiyni bildirib. Prezident qeyd edib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ümumiyyətlə, Azərbaycandakı münbit investisiya iqliminin nəticəsidir ki, son 20 il ərzində ölkəmizin iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Yaxın gələcəkdə Azərbaycan yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanmış sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq.



Naftalan şəhər sakini Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu
Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb
18:27 27.06.2026
Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb