Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub.
AZXEBER.COM xəbər verir ki, hazırda komandanın aktivində 7 qızıl, 18 gümüş, 31 bürünc medal var.
Siyahıya Rusiya (47 qızıl, 13 gümüş, 9 bürünc medal) başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncüdür.
İndiyə qədər 7 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.