Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq
SOSİAL
22:41 15.02.2022
257
Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Milli Paralimpiya Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.
OXŞAR XƏBƏRLƏR