Azərbaycan ilk onluqda

İDMAN
07:29 11.08.2012
1875

Olimpiya oyunlarında kişilərin boks yarışında yarımfinalçıların adları məlumdur. Bu isə o deməkdir ki, boksda hansı ölkənin neçə medal qazandığını müəyyənləşdirmək olar.

Qalır təkcə həmin medalların əyarına. Azərbaycan Boks Federasından verilən məlumata görə, bu isə yalnız finaldan sonra bilinəcək. Yarımfinalda ən çox təmsilçisi olan ölkə Ukraynadır.

Son dünya çempionatında ümumkomanda hesabında birinci yeri tutan Dmitri Sosnovskinin komandasının 5 üzvü artıq medalı özünə təmin edib. İkinci yerdə 4 medalla Rusiya və Kuba komandalarıdır. İrlandiya, Böyük Britaniya, İtaliya və Qazaxıstanın 3 boksçusu yarımfinala vəsiqə qazanıb. Azərbaycan milli komandasının 2 üzvü – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Komandamız Braziliya, Yaponiya və Monqolustanla birgə 8-11-ci yerləri bölüşür.

Qeyd edək ki, postsovet məkanı ölkələri arasında yalnız Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Litva boks idman növündə Olimpiya medalı qazanacaq. 

Ukrayna – 5 Rusiya – 4 Kuba – 4 İrlandiya – 3 Britaniya – 3 İtaliya – 3 Qazaxıstan -3 Azərbaycan – 2 Monqolustan – 2 Yaponiya -2 Braziliya – 2 Bolqarıstan -1 Özbəkistan -1 Uels – 1 Koreya -1 Litva – 1 Tayland – 1

OXŞAR XƏBƏRLƏR