“Azərbaycan İnterneyşnl Mayning Kompani” Gədəbəydə sosial təşəbbüslərin icrasını davam etdirir - FOTOLAR

“Azərbaycan İnterneyşnl Mayning Kompani” Gədəbəydə sosial təşəbbüslərin icrasını davam etdirir - FOTOLAR
SOSİAL
10:00 17.11.2025
700
Gədəbəy rayonunda aktiv hasilat fəaliyyəti aparan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti -  "Azerbaijan International Mining Company Limited” (bundan sonra AIMC) yerli icmaların sosial-iqtisadi inkişafına dəstək məqsədilə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir. 

2025-ci ilin 10 ayı (yanvar-oktyabr) ərzində AIMC yerli icmalarla işin təşkili, yerli əhalinin sosial rifahının yaxşılaşdırılmasına dəstək, təhsilin inkişafına töhfə, səhiyyə, idman və infrastrukturun təkmilləşdirilməsi sahələrində müxtəlif miqyaslı ümumilikdə 21 sosial layihənin icrasını həyata keçirib.
 
Qeyd edək ki, AIMC Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yerləşən bir sıra qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş əsasında Azərbaycanda fəaliyyət göstərən "R.V. Investment Group Services, LLC”-nin (Şirkət) operatorudur və bu istiqamətlər üzrə fəaliyyətin birbaşa icrasını həyata keçirir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 21 iyun 2024-cü il tarixində təsdiq edilən Qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti 2024-cü ilin iyun ayının 21-dən etibarən "AzerGold” QSC-yə həvalə edilib.

Saziş şərtlərinə əsasən, "AzerGold” QSC Şirkətə fəaliyyətin səmərəli təşkili, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi istiqamətində dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi, geoloji kəşfiyyat, hasilat, istehsalat fəaliyyəti, ətraf mühitin mühafizəsi ilə yanaşı, yerli icmalarla işin təşkili və korporativ sosial məsuliyyət istiqamətlərində də dəstək göstərir.

 "AzerGold”un  bilavasitə dəstəyi nəticəsində qeyd edilən fəaliyyət istiqamətləri çərçivəsində qısa müddət ərzində ciddi nəticələr əldə olunub.

AIMC hesabat dövründə ucqar yaşayış məntəqələrində təhsil infrastruktununun inkişafına dəstək istiqaməti üzrə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbinin həyətində yerləşən ikisinifli məktəb binasının və digər köməkçi tikililərin əsaslı təmir-bərpa işləri və məktəb üçün 1 ədəd kitabxananın inşası işləri həyata keçirilib. 

Söyüdlü və Qaradağ kəndlərində yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə ümumi uzunluğu 18,5 kilometr təşkil edən kənddaxili yolların təmiri və bərpası üzrə işlər görülüb.

Torpaq yollarda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri aparılıb. Yerli sakinlərin müraciəti əsasında Gədəbəy rayonunun Söyüdlü kəndinə aid təxminən 4 km uzunluğunda olan, sel sularının zərər vurduğu örüş yollarında dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gədəbəy rayonunda uşaqlar arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə əsasən aztəminatlı və sosial ehtiyacı olan ailələrin azyaşlı övladları üçün göz müayinəsi aksiyası təşkil edilib.

Müayinələr əsnasında müxtəlif diaqnozlar aşkar olunaraq, müvafiq müalicə kursları təyin edilib.

Cari ilin 10 ayı ərzində əlamətdar günlər çərçivəsində Gədəbəy şəhəri də daxil olmaqla, Arıqdam, Söyüdlü, Qaradağ, Xarxar kəndləri və Qumlu yaşayış sahəsi ərazisində yaşayan aztəminatlı əhalinin sosial rifahının dəstəklənməsi məqsədilə 500 ailəyə ümumilikdə 2000-dən artıq ərzaq bağlaması paylanılıb. 

Yerli gənclərin sosial aktivliyinin artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə AIMC tərəfindən regionda idman və intellektual yarışlar təşkil edilib.

Eləcə də Gədəbəy rayonunda yaşayan gənclərin müxtəlif yerli və beynəlxalq idman turnirlərində iştirakına sponsor dəstəyi göstərilib. 

Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların – şəhidlərin ailələrinə diqqət və qayğı AIMC-nin sosial məsuliyyət yanaşmasında əsas yer tutur.

 Zəfər Günü münasibətilə şəhid ailələrinin Şuşa və Xankəndinə səfəri təşkil edilib, onlara mənəvi dəstək göstərilib və qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilib.

Bununla yanaşı, ötən dövr ərzində yerli icmalarla səmərəli əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

Bu çərçivədə əhali ilə mütəmadi görüşlər təşkil olunub, onların təklif və problemlərinin dinlənilməsi, eləcə də sosial təşəbbüslərin icrasında ictimai iştirakçılığın artırılması təmin edilib. 

Eyni zamanda, şirkət tərəfindən əvvəlki və yeni sosial layihələr sistemləşdirilərək, icmaların ehtiyaclarına uyğun prioritet istiqamətlər müəyyənləşdirilib.

Ötən dövr ərzində 433 vətəndaş müraciəti mövcud qanunvericilik və səlahiyyətlər çərçivəsində həll edilməsi üçün icraata götürülüb.

AIMC şirkəti fəaliyyət göstərdiyi regionlarda yerli strukturlar ilə birlikdə icmaların inkişafına yönəlmiş sosial layihələrin icrasını davamlı şəkildə həyata keçirir.
     
Şirkət sosial məsuliyyət layihələrini icmanın ehtiyacları və dayanıqlı inkişaf prinsipləri əsasında formalaşdırır. 

Gələcək dövrdə AIMC tərəfindən Gədəbəy rayonunda sosial infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə sahələrinə dəstəyin genişləndirilməsi, eləcə də yerli icmaların rifahının yüksəldilməsi istiqamətində yeni təşəbbüslərin icrası planlaşdırılır.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan