Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir

Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir
SİYASƏT
17:58 09.03.2021
1081
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.

Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Ulu Öndərin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: "Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”.

Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Müstəqil Azərbaycanda fərqli situasiya var, azərbaycanlının milli kimliyi üç əsas dayaq üzərində bərqərar olub, milli tarix, mədəniyyət və din. Birinci olaraq milli maraqların qorunmasında dövlətin yürütdüyü xarici siyasət və onun liderinin öz üzərinə götürdüyü məsuliyyətdir. Bu gün dövlətin yürütdüyü xarici siyasət xalqımızın maraqlarının, milli mənafelərimizin təmin olunmasına, ölkəmizin nüfuzunun, dünya siyasətində rolunun artmasına xidmət edir. Həyata keçirilən müstəqil siyasət bütün beynəlxalq müqavilə və layihələrdə milli maraq və gəlirlərimizin qabarıq əks olunmasını təmin edir. Azərbaycan dövləti daim milli maraqların keşiyindədir.

Azərbaycan bu gün dayanıqlı inkişafa malik, möhkəm ictimai-siyasi sabitliyin, bütün azadlıqların təmin olunduğu, qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Ölkəmizi fərqləndirən başlıca səciyyəvi xüsusiyyətlərdən biri vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin mövcudluğudur. Azərbaycanda həyata keçirilən sosial siyasət mühüm əhəmiyyət kəsb edir, onun səmərəli nəticələri göz önündədir, bu nümunə dünya ölkələri üçün pozitiv bir örnəkdir.

Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir. Ancaq bu tarixin elə mərhələləri var ki, onlar özündən əvvəlki ənənələri qorumaq və növbəti mərhələ üçün perspektivlər yaratmaq baxımından olduqca əhəmiyyətlidir və fövqəladə xarakter daşıyır.

Ali Baş Komandan soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

İllər ərzində gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, onlarda olan düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycanın tarixi ədaləti bərpa etməsinə töhfə

verdi. Vətən müharibəsində gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bir yumruq kimi birləşdi. Eyni zamanda, vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, ölkəmizin əldə etdiyi uğurlarda xüsusi rolu və əməyi var. Peşəkar gənclərimiz artıq tibb sahəsində, elm və təhsildə, idmanda, innovasiyaların və müasir texnologiyaların tətbiqi işində böyük uğurlara nail olublar.

Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır!

Naftalan şəhər sakini Ülfət Əliyev
OXŞAR XƏBƏRLƏR