"Azərbaycan iqtisadiyyatı sabitləşmə dövrünə qədəm qoyub" - Prezident

"Azərbaycan iqtisadiyyatı sabitləşmə dövrünə qədəm qoyub" - Prezident
İQTİSADİYYAT
14:28 18.12.2017
1536
Prezident İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Keiko Honda təmsil etdiyi qurumun ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini, Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izlədiklərini və görülən işləri yüksək qiymətləndirdiklərini bildirib. Azərbaycanda iqtisadi çətinliklərin arxada qoyulması, ölkədə sabitliyə və inkişafa nail olunması münasibətilə təbriklərini çatdıran Keiko Honda Azərbaycan iqtisadiyyatının inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində əldə edilən uğurların önəmini qeyd edib.

Öz növbəsində, prezident İlham Əliyev Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib və təşkilat tərəfindən ölkəmizə ayrılan maliyyə vəsaitlərinin önəmini qeyd edib. Dövlət başçısı bu il Azərbaycanla Dünya Bankı Qrupu arasında əməkdaşlığın 25 illiyinin qeyd olunduğunu bildirərək ötən dövr ərzində Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi tərəfindən ölkəmizdə xarici investorların həyata keçirdiyi bir sıra mühüm investisiya layihələrinə, eləcə də qlobal əhəmiyyətli "Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyin önəmini vurğulayıb. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini qeyd edən dövlət başçısı TANAP layihəsi ilə bağlı işlərin qrafikə uyğun, uğurla həyata keçirildiyini və vaxtında tamamlanacağını bildirib.

Prezident deyib ki, bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub.

"İqtisadiyyatımızda neft amilini nəzərə almasaq, görərik ki, bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərməsinə baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edib", - deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, gələcəkdə Cənub Qaz Dəhlizinin işə düşməsi, "Əsrin müqaviləsi”nin müddətinin uzadılması, əlavə investisiya qoyuluşu, qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nikbinliklə baxmaq üçün əsas verir.

Görüşdə Azərbaycanla Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
15:30 20.08.2025
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
15:24 20.08.2025
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
15:15 20.08.2025
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
15:14 20.08.2025
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!