'Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan dövlətə çevrilib'
İQTİSADİYYAT
17:20 26.01.2013
2220
"Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modeli Azərbaycanın son illər davamlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları da məhz modernləşmə və tərəqqi modelinin prioritet konseptlərini təşkil edir". Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.A.Badamov bildirib ki, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir."Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və komleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır. Ötən dövr ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə, dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub"- deyə, komitə üzvü qeyd edib.