Azərbaycan iqtisadiyyatının dünya bazarında gücünü artıracaq ilk Supermarket Şəbəkəsi “GRANDMART”

Azərbaycan iqtisadiyyatının dünya bazarında gücünü artıracaq ilk Supermarket Şəbəkəsi “GRANDMART”
İQTİSADİYYAT
15:30 31.08.2020
932
Yaxın zamanlarda "Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik filialının açılışı olacaq. 

AZXEBER.COM xəbər verir ki, "Grandmart” şəbəkəsinin yaydığı məlumata əsasən, hazırda Azərbaycan iqtisadiyyatı neft və qeyri - neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir.

Cənab prezidentimiz İlham Əliyev ölkə iqtisadiyyatı üçün gözəl imkanlar yaradır, Azərbaycanı iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu siyasəti dəstəkləmək və cənab prezidentimizin beynəlxalq münasibətlərdə möhkəmlənmə mövqeyinə töhfə vermək məqsədilə yerli bazarda fəaliyyətini uğurla davam etdirən "Grandmart” şəbəkəsi Azərbaycan məhsullarının xarici ölkə bazarlarında layiqincə təmsil olunması və Azərbaycan brendinin qlobal markaya çevrilməsi yolunda ilk addımlarını atdı. Belə ki, yaxın zamanlarda "Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik filialının açılışı ilə pərakəndə markalarının yalnız ölkə daxilində deyil, ölkə sərhədlərindən kənarda da fəaliyyət göstərməsinə və Azərbaycan adının tanınmasına stimul olacaqdır. Bu əlamətdar hadisə yalnız "Grandmart” supermarketlər şəbəkəsinin deyil, ümumən Azərbaycan pərakəndə sahəsinin uğurudur. Layihənin həyata keçirilməsində əvəzsiz rol oynayanlar isə "Grandmart” şəbəkəsinin rəhbərləri Eşqin İsmayıllı və Turan Özbahcecidir.

Uzun illər ərzində adları qeyd olunan iki şəxsin Azərbaycanın pərakəndə sahəsində ixtisaslaşmış şəbəkələrin yaradılmasında və formalaşmasında əhəmiyyətli təsiri olub. Eşqin İsmayıllı – "Megastore” supermarketlər şəbəkəsinin qurucusu, eyni zamanda B2B və B2C sahəsində öncül layihələrdən sayılan "Bakumart Supply” şirkətinin təsisçisidir. Pərakəndə sahəsinə gətirdiyi yenilikçi texnoloji həllərlə yanaşı uzun illərdir milli pərakəndə bazarında -üstün xidmət- prinsipini əsas tutan Eşqin İsmayıllı birəbir müştəri məmnuniyyəti və sistemli idarəetmə üslubu ilə pərakəndə sektoruna öz töhfəsini verib.

Turan Özbahceci – Türkiyəli iş adamı 2012-ci ildə Trakya bölgəsində olan 51 marketdən 21-nin İngiltərənin ən güclü pərakəndə qrupu olan "Tesco-Kipaya” satışını həyata keçirib, 2011-ci ildən "Araz” supermarketlər şəbəkəsinin qurucu ortağı və CEO-su olub, 2015-ci ildə isə Qafqazın ən böyük gurme və VİP mağazası olan Port Baku Bazarın açılışını reallaşdırıb.

Pərakəndə bazarının iki aparıcı lideri Eşqin İsmayıllı və Turan Özbahceci eyni layihədə bir araya gələrək Azərbaycan pərakəndə bazarının inkişafı üçün "Grandmart”, "Bolmart” və "Baqqal” layihələrində böyük uğurlara imza atıblar. "Bolmart” şəbəkəsi üzrə yalnız Bakı şəhərində deyil, respublikanın bir çox regionlarında müştərilərin tələbatlarının qarşılanması və bazarın yüksək səviyyədə təmin edilməsi ilə peşəkarlıq səviyyəsini genişləndirməyə nail olub. Bundan başqa "Grandmart” şəbəkəsinin "Səbət”, "Fresco”, "Avromart” marketlərini satınalması və həmin marketlərin rebrendinq edilərək Bakı şəhəri üzrə 32 filialda üstün xidmət anlayışı ilə "Grandmart” adı altında yenidən bazara təqdim edilməsi pərakəndə sektoruna yeni nəfəs gətirib.

"Grandmart” şəbəkəsinin Aktau şəhərində yeni filialının yaradılmasının ölkəmizin pərakəndə sahəsi üzrə dünya bazarında tanınması yolunda ilk addım olacağına və cənab prezidentimizin dəstəyi ilə bu uğurlu layihə kimi bir çox sahələrdə ölkə iqtisadiyyatının daha geniş miqyasda inkişaf edəcəyinə əminik. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı