Azərbaycan - İran sərhədində əməliyyat: Saxlanılanlar var - FOTO

Azərbaycan - İran sərhədində əməliyyat: Saxlanılanlar var - FOTO
SİYASƏT
12:03 30.05.2023
460
İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var.

Bu barədə AZXEBER.COM-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 28-də saat 04 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinləri Quliyev İbrahim Teymur oğlu və Əhmədov Ceyhun Rza oğlu saxlanılmış, üzərlərinə baxış keçirilən zaman snayper silahları üçün nəzərdə tutulmuş 1 (bir) ədəd universal termal nişangahı aşkar edilərək götürülmüşdür.

May ayının 29-da saat 03:50-də "Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, narkotik vasitələri qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə gətirmək məqsədilə dövlət sərhədini pozan Tərtər rayon sakini Tanrıverdiyev Kamil Firuddin oğlu və Samux rayon sakini İbrahimli Ramiz Akif oğlu saxlanılmışdır.
Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır