Azərbaycan-İran sərhədində silahlı insident: Sərhəd pozucusu öldürüldü - FOTO

Azərbaycan-İran sərhədində silahlı insident: Sərhəd pozucusu öldürüldü - FOTO
SOSİAL
10:36 04.11.2019
3214
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa cəhd göstər­ib.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olun­muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd "Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli "Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar.

Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
23:39 30.03.2026
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
23:21 30.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
23:08 30.03.2026
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO
22:56 30.03.2026
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO