​Azərbaycan, İran və Rusiyanın XİN rəhbərləri Bakıda Qarabağ problemini müzakirə edəcək

​Azərbaycan, İran və Rusiyanın XİN rəhbərləri Bakıda Qarabağ problemini müzakirə edəcək
SİYASƏT
01:31 06.04.2016
1258
Azərbaycan, İran və Rusiyanın xarici işlər nazirləri arasında Bakıda keçiriləcək üçtərəfli görüşün əsas mövzusu Dağlıq Qarabağ problemi olacaq.
"Report" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bildiyiniz kimi Bakıda "Rusiya-İran-Azərbaycan" formatında üçtərəfli görüş planlaşdırılıb. Əlbəttə, o son hadisələrlə əlaqədar aktuallıq kəsb etməyə başlayıb. Əsas mövzu Dağlıq Qarabağ olacaq", - deyə Zaxarova bildirib.
O qeyd edib ki, münaqişə iştirakçıları "münaqişənin həlli relsinə çıxıblar".
OXŞAR XƏBƏRLƏR