Azərbaycan İsrail əlaqələrinin sirli məqamları – Tarixi DOSYE - VİDEO

Azərbaycan İsrail əlaqələrinin sirli məqamları – Tarixi DOSYE - VİDEO
SOSİAL
16:36 17.10.2023
4589
Etiraf edək ki, onun haqqında çox danışılıb, çox yazılıb, hətta çoxlu sənədli filmlər çəkilib.
 
Milli qürur simvollarımızdan birinə çevrilən əmircanlı yahudi balasının irsi heç şüphəsiz ən çox yad olunan müharibə qəhrəmanlarındandır. Əslində nə qədər yazılsa da, nə qədər, danışılsa da, nə qədər çəkilsə də yəqin ki azlıq təşkil edər.
 
Təkcə elə bu cavabına görə onu hər zaman xatırlamaq olar: - Yahudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir? sualına ən ideal cavabı verir: "Ona görə ki, mən bu torpaqda yaşayıram”. O, İsraildə yaşayan atasının və anasının çağırışlarına məhəl qoymadan Azərbaycanı tərk etmədi, Şuşaya girməyə çalışan Qaqik Avşaryanın idarə etdiyi tankı cəhənnəmə göndərdi. Qaqikin tankı həmin gün Şuşaya daxil olmağa cəhd edən ilk erməni tankı idi. Sevincək Şuşaya daxil olmaq istəyən Qaqik və yanındakıları "533” nömrəli texnikanı idarə edən Albert gözləyirdi. Albert Şuşaya girməyə çalışan ilk erməni tankını məhv etdi. Həmin tankı lap sonradan ermənilər rəngləyib, Şuşaya tuşlanmış vəziyyətdə təpədə yerləşdirir. Albertin Abşaryanla birlikdə məhv etdiyi həmin rənglənmiş qənimət 30 il sonra Bakıya – Qənimətlər Parkına gətirildi. İndi Əmircanlı yahudi balasının ruhu Qənimətlər Parkındakı qənimətinə baxır və yəqin ki, gülümsəyərək sevimli bakılı ləhcəsi "əntiqədir” deyir. Bəs, həqiqətən bir yahidini Azərbaycan torpağını qorumağa nə məcbur etmişdi? Və ya bir azərbaycanlını yahudiləri qorumağa nə məcbur edir? Niyə biz onları, onlar da bizi dəstəkləyir?
 
AZXEBER.COM-un "Profil”inin bu dəfəki buraxılışında əsrlərdir davam edən Azərbaycan-İsrail münasibətlərinin ən gizli detallarını araşdırdıq. Bildiyiniz və bilmədiyiniz faktlarla efirdəyik:
 
OXŞAR XƏBƏRLƏR