"Kahramanmaraşın tikintisi üçün Azərbaycandan 100 milyon dollar yardım ayrılıb. Yaxın vaxtlarda yeni işlərə başlanılacaq. Azərbaycan əlindən gələni edir".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Dərnəyinin təşkil etdiyi iftar süfrəsində olarkən deyib.
O bildirib ki, Kahramanmaraşdakı Azərbaycan küçəsinin yenidən qurulması üçün 100 milyon dollar ayrılıb.
Həmçinin Adil Əliyev zəlzələdən ziyan görmüş digər şəhərlərə də maddi dəstək verəcəklərini bildirib.
Xatırladaq ki, Türkiyə fevralın 6-da tarixinin ən böyük fəlakətini yaşayıb. 17 şəhərdə baş verən güclü zəlzələr 11 şəhərdə dağıntılara səbəb olub.
Mikayıl