Azərbaycan karateçiləri Avropa çempionatında 3 medal qazanıb

İDMAN
21:05 09.02.2025
157

Azərbaycan karateçiləri Polşanın Bielsko-Biala şəhərində (WKF / idman karatesi) yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatında 3 medal qazanıb.

AZXEBER.COM-un Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən məlumatına görə, idmançılar nüfuzlu yarışda bir gümüş, iki bürünc medala sahib olub.

Milli üzvlərindən Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) bürünc medallara yiyələnib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Fəqan Səfərov, AKF-nin vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov rəhbərlik edib.

OXŞAR XƏBƏRLƏR