15:00 şənbə, 24 Avqust 2019
SİYASƏT

Azərbaycan Keşikçi dağda baş verən hadisəyə görə Gürcüstandan izahat istədi

16:44, 15.07.20194063
Azərbaycan Keşikçi dağda baş verən hadisəyə görə Gürcüstandan izahat istədi
14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılmış və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

XİN təəssüf hissi ilə qeyd edib ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddi:

"Bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb etmişdir".

XƏBƏR LENTİ