Azərbaycan kinosunun qeyri-azərbaycanlı aktrisaları - FOTOLAR
MƏDƏNİYYƏT
07:59 02.02.2013
4227
1. Azərbaycan ekranının əvəzolunmaz qaynanasının təkrarolunmaz Afəti, həm də Zərifəsi. Rusiyanın əməkdar artisti və “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif edilmiş İnarə Aleksandrovna Quliyeva Moskvada dünyaya gəlib. Damarlarında bir neçə millətin, o cümlədən azərbaycanlı qanı axan İ.Quliyeva “Azərbaycanfilm”lə çox sıx əməkdaşlıq edib: “Şir evdən getdi”də Kenquru, “Alma almaya bənzər”də Aliyə, “Dədə Qorqud”da Selcan. İ.Quliyevanın Rusiya KİV-nə verdiyi müsahibələrində belə deyib: 'Mən əslən moskvalıyam. soyadım Azərbaycan soyadıdır, çünki babam azəri türklərindəndir. Dörd qanın qarışığından doğulmuşam. Ailəmizdə teatrla bağlılığı olan olmayıb. Amma mən lap uşaqlıqdan bilirdim ki, artist olacam.2. Azərbaycan tamaşaçısının C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Gözlə məni”, “Babək” filmlərindən tanıdığı Tamara Yandiyeva Qazaxıstanda doğulub. T.Yandiyeva çəkildiyi 18 filmin 16-da baş rolları canlandırıb: “Odlu yollar”, “Dağ novellası”, “Babək”, “Gözlə məni”, “Əjdaha ili”, “Müqəddəs dəmirçixananın zəngi”, “Əgər sevirsənsə”, “Məhəbbətin qəribəlikləri haqqında”, “Şəhrizadın daha bir gecəsi”, “Dağlarda uzun əks-səda”, “Salam, Gülnarə Rəhimovna!”, “Şəhrizadın yeni nağılları”, “Şəhrizadın son gecəsi”, “Xoca Nəsrəddinin qayıtması”, “Adjubanın qara şahzadəsi”, “Valtasar ziyarəti və ya Stalinlə bir gecə”.3. “Mən mahnı bəstələyirəm” filmində Sona rolunu ifa edən Olqa Sergeyevna Rojdestvenskaya müğənni Janna Rojdestvenskayanın qızıdır. Olqanın kino aləmi ilə ilk tanışlığı 1977-ci ildə ekranlara çıxan “Qırmızıpapaq haqqında” bədii filmində Qırmızıpapağın və 1979-cu ildə ekranlara çıxan “Qız və delfin” multiplikasiya filmində qızın mahnılarını ifa etməklə baş tutub. 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Mən mahnı bəstələyirəm” tammetrajlı bədii filmində Sona rolunda çəkilib. Bundan başqa o, kinorejissorlardan təklif almayıb. Uşaq vaxtı 15-dən çox bədii və multiplikasiya filmində 20-dən çox mahnı ifa edən O.Rojdestvenskaya bu gün də vokalçılıq fəaliyyətini davam etdirir.4. “Romeo mənim qonşumdur”da Nonna, “Ən vacib müsahibə”də Səidə, “Bizi bağışlayın”da Klara rolları ilə Azərbaycan tamaşaçısına yaxşı tanış olan, Ariadna Şengelaya əslən özbəkistanlıdır. Kinoda debütü 1957-ci ildə çəkilən “Yekaterina Voronina” filmində İrina obrazı olub. Ümumiyyətlə, 50-dən çox filmə çəkilib.