Transfer pəncərəsi fevralın 2-dək davam edəcək.
Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümündə qış fasiləsindən istifadə edən klublar transfer bazarında aktivlik nümayiş etdirirlər.AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, artıq qış transfer pəncərəsi açıldığından klublarımızdan bəziləri transfer çalışmalarına start veriblər. “Xəzər Lənkəran”, AZAL və “Sumqayıt” klubları bir neçə futbolçusuyla yollarını ayırıb. “Qəbələ”, “Simurq”, “İnter”, AZAL və “Neftçi” klubları isə transferlərini reallaşdırıblar.
Qeyd edək ki, transfer pəncərəsi fevralın 2-dək davam edəcək.
“Qarabağ”Gələnlər: YoxdurGedənlər: İnnosent EmeqaraMüqaviləsini uzadanlar: Çumbinyo, İbrahim Şehiç
“İnter”Gələnlər: Yusuf Fentiç, Əfran İsmayılov ("Xəzər Lənkəran"), Ruben Şaken ("Feyenoord", Hollandiya)Gedənlər: Yoxdur
“Neftçi”Gələnlər: Aqil Məmmədov (“Bakı”), Rauf Əliyev ("Xəzər Lənkəran"), Rəhman Hacıyev ("Bakı")Gedənlər: Emil Balayev ("Ayntraxt", Almaniya), Elnur AllahverdiyevMüqaviləsini uzadanlar: Yoxdur
“Simurq”Gələnlər: Elnur Abdullayev ("Xəzər Lənkəran"), Xuan Alvarado ("Erqotelis", Yunanıstan)Gedənlər: Lukas TresnakMüqaviləsini uzadanlar: Benjamin Lambot
“Xəzər Lənkəran”Gələnlər: Elbrus Məmmədov (baş məşqçi)Gedənlər: Oğuz Çətin (baş məşqçi), Aleksandr Şemonayev, Deyan Blajevski ("Vardar", Makedoniya), Tieqo de Xesus, Rəşad Sadiqov ("Qəbələ), Elnur Abdullayev, Rauf Əliyev, Qalin İvanov, Əfran İsmayılov, Cahangir Həsənzadə, Adrian Skarlatake, Vanderson Skarduelli, Fernando Qabriel, Deyan Blajevski, Uğur PamukMüqaviləsini uzadanlar: Yoxdur
“Qəbələ”Gələnlər: Roman Qriqorçuk (baş məşqçi), Rəşad Sadiqov ("Xəzər Lənkəran"), Aleksey Qay ("Çernomorets", Ukrayna), Dmitri Bezotosnı ("Çernomorets", Ukrayna)Gedənlər: Dorinel Muntyanu (baş məşqçi)Müqaviləsini uzadanlar: Yoxdur
AZALGələnlər: Ruslan Nəsirli, Azər Məmmədov, Nicat Qurbanov, Aleksandr Şemonayev, Valeri KutsenkoGedənlər: Asif Mirili, Tomi Kostadinov, Tural Nərimanov, Adil Nağıyev, Təmkin Xəlilzadə, Orxan Səfiyaroğlu, Con Kordoba, Luis Ramos,Müqaviləsini uzadanlar: Yoxdur
“Sumqayıt”Gələnlər: YoxdurGedənlər: Tərlan Əhmədli (“Zirə”, icarəyə), Ceyhun Cavadov, Tagim Novruzov; Şəhriyar XəlilovMüqaviləsini uzadanlar: Bəxtiyar Həsənalızadə
“Bakı”Gələnlər: Rəhman Hacıyev (“Qaziantep BB”, Türkiyə. icarədən qayıdıb), Ramazan Abbasov, Tagim Novruzov (hər ikisi “Sumqayıt”), Kamil Nurəhmədov (“Rəvan”), Murad Hüseynov (“Daqdizel”, Rusiya)Gedənlər: Aqil Məmmədov (“Neftçi”), Yure Travner (“Ridinq”, İngiltərə), Lukas Mario Horvat, Risto RistoviçMüqaviləsini uzadanlar: Yoxdur