Azərbaycan klubu dünya reytinqində xeyli irəlilədi

İDMAN
14:09 04.03.2013
1413

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası fevral ayı üçün klubların dünya reytinqini açıqlayıb. Qol.Az-ın məlumatına görə, 452 komandanın yer aldığı siyahıda Azərbaycandan “Neftçi” və “İnter” düşüblər. Ehtiyatında 92,5 xalı olan “ağ-qaralar” doqquz pillə irəliləyiblər. İndi onlar 180-ci yerdədirlər. Qeyd edək ki, “Neftçi”dən sonrakı pillələrdə Braziliya “Botafaqo”su (181), Moskva “Spartak”ı (183), İtaliya “Parma”sı (188) kimi tanınmış klublar var. Bakı “İnter”inin isə mövqeyində dəyişiklik olmayıb. “Bankir”lər əvvəlkitək 426-cı yerdədirlər. Reytinq cədvəlinin ilk üçlüyündə isə müvafiq olaraq “Çelsi”, “Atletiko” və “Bavariya” qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR