Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub
İDMAN
21:43 08.09.2024
339
Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olub.

AZXEBER.COM-un məlumatına görə, finalda Çexiya komandası "Brno" ilə qarşılaşan təmsilçimiz 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionu həlledici mərhələyə gedən yolda Ukraynanın "Andezit" klubunu üstələmişdi.
OXŞAR XƏBƏRLƏR