Azərbaycan klubu liderliyi əldən verdi

İDMAN
11:46 01.11.2012
1134

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

AZXEBER.COM-un məlumatına görə, Təbriz təmsilçisi 14-cü turda evdə "Damaş" klubu ilə qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib. Fasiləyə 1:1 hesabı ilə yollanan komandalar ikinci hissədə daha iki dəfəfərqləniblər - 2:2.

Qeyd edək ki, ötən həftə liderliyi ələ keçirən "Traktor Sazi" bu heç-heçədən sonra 24 xalla üçüncü pilləyə yuvarlanıb.

OXŞAR XƏBƏRLƏR