Azərbaycan klubu 'Qalatasaray'la qarşılaşacaq

Azərbaycan klubu
İDMAN
12:15 18.04.2012
1842
“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası III Beynəlxalq Kuşadası turnirinə yollanır.
AZXEBER.COM-un klubun saytına istinadən verdiyi xəbərə görə, aprelin 19-dan 23-dək keçiriləcək turnirdə Avropanın və Türkiyənin aparıcı klublarının komandaları da yarışacaq. Əsas mükafat uğrunda mübarizə aparacaq 24 komanda arasında "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Nyukasl", "Anderlext", "Bröndbi" kimi tanınmış klublar yer alıb.Reqlamentə görə 24 iştirakçı komanda hər birində 6 kollektiv olmaqla 4 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” qrup mərhələsində “Qalatasaray”, “Nyukasl”, “Dardanel”, “Danimarka FCN” və “Göztəpə” komandaları ilə qarşılaşacaq. Komandamız aprelin 19-da, yarışın ilk günü əvvəlcə “Dardanel”, ardınca isə “Qalatasaray”la qarşılaşacaq. “Qəbələ” futbolçuları növbəti gün “Göztəpə” və “Nyukasl”dan olan yaşıdları ilə üz-üzə gələcəklər. Futbolçularımız üçüncü yarış günü “Danimarka FCN”dan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər.Qeyd edək ki, Qəbələ futbolçuları bu yarışda indiyədək iki dəfə iştirak ediblər. “Qəbələ” 2010-cu ildə turnirin ən ümidverici komandası mükafatına layiq görülüb. Ötən il isə 1/4 finala qədər irəliləyib və sonda 7-ci yeri tutub."Qəbələ" turnirə aşağıdakı heyətlə yollanacaq:Qapıçılar: Süleyman Süleymanov, Toğrul Məhəmmədbəyli.Müdafiəçilər: Əzəmət Ələkbərli, Elvin Dəmirov, Amin Seydiyev, Sahil Zeynalov, Əhməd Mizəyev, Qara Mehrəlizadə,Yarımmüdafiəçilər: Baxşəli Baxşalıyev, Qədir Bayramlı, Hacıağa Hacıyev, Elvin Həsənov, Turan Manafov, Fərid Nəbiyev, Azər İsmayılov, Kənan Rəfiyev, Fərid Əsədli, Coşqun Süleymanov.Komanda “Akva Fantezi” otelində məskunlaşacaq. Oyunlar 25 dəqiqədən ibarət bir, yalnız final matçı 20 dəqiqədən ibarət iki hissədən ibarət olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
16:40 13.05.2025
"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
16:29 13.05.2025
P.Diddinin məhkəməsi başladı, şahidlər danışdı
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
16:29 13.05.2025
Küçədə döyülərək öldürülən məktəblinin - FOTOSU
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
16:27 13.05.2025
Lionel Messi yeni mövsümdə bu klubda çıxış edəcək - İddia
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
16:05 13.05.2025
ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
15:58 13.05.2025
İran: PKK-nın ləğv və tərksilah qərarını alqışlayırıq
Magistratura imtahanının nəticələri açıqlandı
15:55 13.05.2025
Magistratura imtahanının nəticələri açıqlandı
İtaliyadakı Etna vulkanı püskürdü
15:45 13.05.2025
İtaliyadakı Etna vulkanı püskürdü
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
15:42 13.05.2025
Bakıda qadın sahibkar həbs edildi - Zəvvarları aldadıb
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə gəlmir - Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
15:17 13.05.2025
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
15:17 13.05.2025
Şərurlu İsfəndiyar məhkəməyə gəldi