Bu hərəkətinə görə o, 20 matç müddətinə oyundan uzaqlaşdırılıb.
Bu gün AFFA-nın İntizam komitəsinin iclasında “Bakı”nın məşqçisi Mühərrəm Zəkiri oyundan kənarlaşdırmaq qərarı alınıb.
AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, makedoniyalı mütəxəssis Topaz Premyer-liqasının 26-cı turunun dünənki “Simurq” ilə matçında arbitra fiziki təzyiq göstərib. (0:3)
Bu hərəkətinə görə ona 20 matç boyunca komandanın texniki zonasında olmaq qadağan edilib.
“Bakı” isə 20 min manat məbləğində cərimə ödəyəcək.