2012/2013-cü il Azərbaycan kuboku uğrunda yarışda 21 komanda iştirak edəcək.AZXEBER.COM-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə,bunlardan 12-si Premyer Liqanı, qalan 9-u isə I Divizionu təmsil edir.
Həmin komandalar bunlardır:“Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Bakı”, “Qəbələ”, AZAL, “Rəvan”, “Kəpəz”, “Simurq”, “Turan”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Bakılı”, “Lokomotiv”, “Tərəqqi”, “Şuşa”, MOİK, “Ağsu”, “Qala”.
Əsasnaməyə uyğun olaraq Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyən edəcək. 1/4 final mərhələsinindən başlayaraq isə cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.Qeyd edək ki, 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi sabahkeçiriləcək. Tədbir saat 16:00-da başlayacaq.