Azərbaycan lideri: "Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik"

Azərbaycan lideri: "Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik"
SİYASƏT
17:52 21.07.2023
332
"Əlbəttə ki, səlahiyyətlərimizi (Qoşulmama Hərəkatına sədrliyi – red.) bir neçə aydan sonra Uqandaya ötürəndən sonra biz müəyyən bir zaman - Uqanda sədrlik etdiyi dövrdə üçlükdə olacağıq və fəal şəkildə cəhdlərin konsolidasiyası istiqamətində çalışacağıq".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik. COVID-19 dövründə biz liderlik nümayiş etdirdik. Belə ki, dünya ictimaiyyətinin dıqqətini bu problemə cəlb etdik və Azərbaycan sədr olaraq fəal peyvənd millətçiliyinə qarşı çıxış etdi”.
OXŞAR XƏBƏRLƏR