Azərbaycan London-2012-yə daha 4 lisenziya qazandı

Azərbaycan London-2012-yə daha 4 lisenziya qazandı
İDMAN
10:34 19.09.2011
1685
 Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatının qalibləri müəyyənləşib.
Yarışın son 2 günündə Azərbaycan milli komandasının daha 4 üzvü mükafatçılar sırasında yer alıb. 
Şərif Şərifov (84 kq) bütün rəqiblərinə qalib gələrək, dünya çempionu adını qazanıb. O bununla da Olimpiadaya lisenziyanı özü üçün təmin edib. Digər sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Maqomedovun isə mundialda qazancı həm bürünc medal, həm də London Yay Olimpiya Oyunlarına lisenziya olub.
Beləliklə, bir həftə davam edən dünya çempionatını milli komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medalla, eyni zamanda 7 lisenziya ilə başa vurub. Yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq) 1-ci, Saman Təhmasibi (84 kq) isə 5-ci pilləni tutub. Hər 2 pəhləvanımız London-2012 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib çıxıb. 
Qadınlardan ibarət yığmamızın heyətində Mariya Stadnik gümüş (48 kq), Patimat Baqomedova (51 kq) və Sona Əhmədli (59) bürünc medala yiyələniblər. Stadnik həm də olimpiadada iştirak hüququna yiyələnib. Digər 2 xanım idmançımızın çıxış etdiyi çəki Olimpiada proqramına daxil edilmədiyindən bu medallar lisenziya gətirməyib. 
Qeyd edək ki, bu dünya çempionatından sonra Azərbaycan milli komandasının London-2012-yə qazandığı lisenziyaların sayı 16-ya yüksəlib. Güləşçilərimizdən öncə isə atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) da 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. /// apasport
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəhərdə məskunlaşanlara 10 min pul veriləcək
15:14 12.05.2025
Bu şəhərdə məskunlaşanlara 10 min pul veriləcək
Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO
15:09 12.05.2025
Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
15:01 12.05.2025
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
14:59 12.05.2025
Ekspertdən Turzim Agentliyinə "dərs" - "Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq?"
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
14:55 12.05.2025
Neçirvan Bərzani: PKK-nın ləğvi qərarından məmnunuq
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
14:54 12.05.2025
Enrike İqlesias: "Azan səsi məni valeh edir, onun üçün darıxıram"
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
14:42 12.05.2025
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
14:37 12.05.2025
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
14:16 12.05.2025
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
Mətanət İsgəndərli Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Mətanət İsgəndərli Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA