'Azərbaycan maksimum avrointeqrasiyaya səy göstərir' - İlham Əliyev

SİYASƏT
15:52 21.06.2013
1568

Azərbaycanda Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişafına yanaşma birmənalıdır və bu, maksimum avrointeqrasiyaya köklənməkdən ibarətdir.AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Herman Van Rompeylə görüşdən sonra bildirib.“Biz Avropaya nə qədər yaxın olsaq, inkişaf, eləcə də demokratik inkişaf məsələlərində bizim üçün bir o qədər böyük imkanlar açılar”, - deyə Azərbaycan prezidenti söyləyib.İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqının rəhbəri ilə keçirilən bugünkü görüş Azərbaycan və Aİ arasında münasibətlərin inkişafında mühüm addım olub.Görüşdə regional təhlükəsizlik və sabitlik, həmçinin münaqişələrin nizamlanması kimi mühüm məsələlər də daxil olmaqla bir sıra vacib məsələlər müzakirə olunub.Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıİlham Əliyev Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin ötən həftə “Böyük səkkizlik” çərçivəsində səsləndirdikləri son bəyanatı yüksək qiymətləndirir.“Dağlıq Qarabağ nizamlanmasının onların gündəliyinin əsas məsələlərindən biri olaraq qalması, həmçinin G8 görüşü kimi böyük forumun yaratdığı imkandan münaqişə ilə bağlı münasibət və narahatçılıq ifadə etmək üçün istifadə etdiklərinə görə biz onlara təşəkkürümüzü bildiririk”, - deyə o əlavə edib.İlham Əliyev üç ölkə prezidentinin bu münaqişənin həllinin tapılması üçün bütün lazımi addımların atılmasına dair şərhlərini dəstəklədiyini bildirib.Onun sözlərinə görə, Helsinki yekun aktının xatırladılması olduqca vacibdir, çünki o, münaqişənin həlli zamanı əsas götürülməli olan prinsipləri dəqiq müəyyən edir.O, xalqların öz müqəddaratlarını təyin etmə prinsipinin ölkənin ərazi bütövlüyünə zidd getməməli olduğundan bəhs edir.“Ermənilərə gəldikdə isə, onlar öz gələcəklərini artıq müəyyən ediblər: onların Ermənistan Respublikası dövlətləri var. Azərbaycan əraziləri hesabına ikinci dəfə dövlət yaratmaq yolu ilə erməni millətinin öz müqəddaratını təyin etməsi qəbuledilməzdir”, - deyə İlham Əliyev bildirib.O qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə və BMT-nin Ermənistan qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini dərhal və qeyd-şərtsizçıxarılmasını tələb edən 4 qətnaməsinin reallaşdırılmasına əsaslanan maksimum tez bir zamana həllində maraqlıdır.Enerji əməkdaşlığıAzərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığı iki tərəf nümayəndələrinin bugünkü görüşünün müzakirə mövzularından biri olub.İlham Əliyev bu konteksdə qeyd edib ki, Azərbaycan bu gün Aİ tərəfindən enerji sahəsində mühüm tərəfdaş kimi qəbul edilir.“Bizim bu sahədə son görüşümüzdən bu yana əhəmiyyətli irəliləyişlər olub. TANAP layihəsi üzrə sazişin imzalanması “Cənub qaz dəhlizi”nin uğurla reallaşdırılması üçün əlavə imkanlar yaradır. Prezident həmçinin qeyd edib ki, Xəzər qazının Avropaya nəql marşrutu seçimi üzrə tezliklə qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini əsaslı şəkildə dəyişəcək, bu mühüm energetika layihəsinin reallaşdırılması üçün əla şərait yaradacaq”.“Bu qarşılıqlı faydalı bir vəziyyətdir: Azərbaycan Aİ-nin simasında uzunmüddətli, proqnozlaşdırıla biləcək qaz satışı bazarı, Avropa isə Azərbaycanın simasında bir çox illər davam edəcək alternativ, etibarlı qaz mənbəsi əldə etmiş olacaq”, - deyə İlham Əliyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR