Azərbaycan MDB vergi xidməti rəhbərlərinin iclasında təmsil olunub

Azərbaycan MDB vergi xidməti rəhbərlərinin iclasında təmsil olunub
SİYASƏT
17:40 09.10.2023
267
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev MDB vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
 
Məlumata görə, "Vergi inzibatçılığının effektivliyinin inkişafı üçün texnoloji (rəqəmsal) həllərdən, o cümlədən iri həcmli məlumat bazalarının təhlili üsulundan istifadə” və "İnsan resursları potensialının artırılması” mövzularına həsr olunmuş tədbirdə MDB ölkələrində aparılan vergi islahatları, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində böyük həcmdə məlumatların təhlili üçün texnoloji (rəqəmsal) həllər və metodlardan istifadə, innovativ mexanizmlərin yaratdığı imkanlar, insan resurslarının təkmilləşdirilməsi sahəsində həyata keçirilən işlər, həmçinin vergi orqanlarının 2022-ci il üzrə əsas fəaliyyət göstəriciləri, qanunvericilikdə dəyişikliklər, işçi qrupların fəaliyyəti və digər məsələlər müzakirə edilib.
Tədbirdə çıxış edən İ.Vəliyev Qazaxıstanın Maliyyə Nazirliyi yanında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Jandos Duysembiyevi yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona peşəkar fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycan nümayəndə heyətinin təqdimatı dinlənilib. İclas iştirakçılarına vergi inzibatçılığının effektivliyinin inkişafı istiqamətində tətbiq olunan müvafiq texnoloji (rəqəmsal) həllər, görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də Dövlət Vergi Xidmətinin insan resursları potensialının artırılması istiqamətində təcrübəsi barədə məlumat verilib. Azərbaycanın qarşıdakı dövr üçün sosial-iqtisadi inkişaf hədəflərində insan kapitalının inkişafı və rəqabətqabiliyyətli insan resurslarının yaradılmasının əsas prinsiplərdən olduğu, Dövlət Vergi Xidmətinin kadrların inkişafına yönələn müxtəlif layihələr həyata keçirdiyi, müasir təlim metodlarından faydalandığı bildirilib. Qeyd olunub ki, vergi sisteminin təkmilləşdirilməsi sahəsində mütərəqqi yanaşmalar daim diqqətdə saxlanılır.
 
İclas zamanı, həmçinin, Koordinasiya Şurasının 2022-2023-cü illər üçün İş Planının nəticələri və 2023-2024-cü illər üçün İş Planı, növbəti iclasın əsas mövzusu və gündəliyinə daxil edilmiş məsələlər müzakirə olunub. Sonda Koordinasiya Şurasının 31-ci illik iclasının 2024-cü ilin ikinci yarısında Qırğızıstanda keçirilməsi qərara alınıb. Növbəti iclasın mövzusu "Ödənişin şəffaflığı və onun geri qaytarılmasının asanlığı üçün ƏDV inzibatçılığında rəqəmsal həllər” olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi