“Azərbaycan məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir” - XİN

“Azərbaycan məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir” - XİN
SİYASƏT
14:30 20.06.2018
5570
Ermənistanın təcavüz və işğalı nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Ermənistanın beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı müharibəyə başlayıb, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib və işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Nəticə etibarilə, hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlamasında deyilir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması problemi həll olunana qədər onların həyat şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür: "Son 20 ildə Azərbaycan Respublikası tərəfindən məcburi köçkünlərin sosial rifahının təmin edilməsi üçün 6 milyard ABŞ dolları həcmində vəsait sərf edilib və bunun nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına nail olunub. Bu vaxta qədər 250 mindən artıq məcburi köçkün ev və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi əsaslı yerli inteqrasiya kimi nəzərdən keçirilmir. Öz doğma torpaqlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçimdir. İşğal olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kəndin sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması Azərbaycan hökumətinin qəti əzminin təzahürü olaraq post-konflikt reabilitasiya və məcburi köçkün probleminin həll olunması baxımdan unikal və uğurlu pilot layihədir.

Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz doğma yurdlarına könüllü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti "Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb".

XİN rəsmisi deyib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir:

"Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməni əsilli qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib.

Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin olunmasıdır.

Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır. Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO